Goranboyda mübahisə davaya çevrildi - Bıçaqlanan var

22:21 21.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, hadisə rayonun Qurbanzadə kəndində qeydə alınıb.

Belə ki, Fariz Məmmədov tanıdığı şəxs tərəfindən bıçaqlanaraq Gəncədə yerləşən xəstəxanalardan birinə yerəşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır. İlkin məlumata görə, hadisə uşaq üstündə düşən mübahisə zamanı baş verib.

Faktla bağlı araşdırma başlanılıb./"Teleqraf"/